Ukraynada Poroşenko və onun komandasına qarşı 11 cinayət işi açılıb

Bununla əlaqədar ona təkrar çağırış vərəqi göndəriləcək
Sputnik

BAKI, 17 iyul — Sputnik. Ukraynanın Araşdırmalar üzrə Dövlət Bürosu ölkənin sabiq prezidenti Pyotr Poroşenko və digər yüksək-rütbəli məmurlarla bağlı 11 cinayət işi açıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə büronun direktoru Roman Truba bildirib.

Yeni prezidentin ilk günü: Poroşenko dövlətə xəyanətdə ittiham olundu

O, vurğulayıb ki, bu gün Poroşenko "Kuznya na Rıbalskom" zavodunun satışı zamanı 300 milyon dollar dəyərində mümkün vergidən yayınma və gəlirlərin leqallaşdırılması işi üzrə şahid kimi istintaqa çağırılıb. Lakin sabiq ölkə başçısı dindirilmə üçün büroya gəlməyib. Bununla əlaqədar ona təkrar çağırış vərəqi göndəriləcək.

Lakin sabiq prezidentin vəkili İqor Qolovanın sözlərinə görə, Poroşenko Araşdırmalar üzrə Dövlət Bürosundan istintaqa çağırış vərəqi almayıb: "İstənilən halda, parlament seçkiləri baş tutana qədər Poroşenko müstəntiqin qəbuluna getməyəcək, çünki seçkilərlə bağlı fəaliyyətlə məşğuldur".