CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Suyun verilməsində fasilələr olacaq

Bir neçə yaşayış massivinə içməli suyun verilməsində gecə saatlarına qədər məhdudiyyətlər olacaq
Sputnik

BAKI, 17 iyul — Sputnik. Bəzi ərazilərdə suyun verilişində fasilələr olacaq.

"Azərsu" ASC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, magistral su kəməri üzərindəki tənzimləyici siyirtmədə yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar Xırdalan şəhəri və Masazır qəsəbəsinə, həmçinin Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivinə içməli suyun verilməsində gecə saatlarına qədər məhdudiyyətlər olacaq. Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.