CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polis Bakıda "qızı döyən ərəblə" bağlı məsələni araşdırıb

Ərazi üzrə Nərimanov RPİ əməkdaşları yaxınlaşaraq vətəndaşları nizam-intizama dəvət edib.
Sputnik

BAKI, 17 iyul — Sputnik. Facebook sosial şəbəkəsində "Express Xeberler" səhifəsində "Nərimanovda ərəb küçənin ortasında qızı döyən zaman polislərimiz yetişdi" sərlövhəli videoməlumat Nərimanov RPİ-də araşdırılıb.

Bakı şəhər BPİ-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dəqiqləşdirilmədən yayılan videoməlumatda deyilənlər həqiqəti əks etdirmir, həmin vaxt göstərilən yerdə ərəb mənşəli şəxs olmayıb, sadəcə Azərbaycan vətəndaşları arasında telefonla yüksək səslə danışıq müşahidə olunub. Ərazi üzrə Nərimanov RPİ əməkdaşları yaxınlaşaraq vətəndaşları nizam-intizama dəvət edib.