MƏDƏNİYYƏT

Həmidə Ömərova: "Mən öləndən sonra xoşbəxt idim"

"15-20 ildə yazdığım həyat hekayələrimin bir hissəsini və senarimin 1-ci hissəsini nəşr etdirdim"
Sputnik

BAKI, 17 iyul — Sputnik. Xalq artisti Həmidə Ömərovanın kitabı işıq üzü görüb.

Sputnik Azərbaycan-ın məlumatına görə, "Mən öləndən sonra xoşbəxt idim" adlı kitab aktrisanın həyat hekayəsindən ibarətdir. Bu barədə aktrisa öz Instagram hesabında bildirib:

"15-20 ildə yazdığım həyat hekayələrimin bir hissəsini və senarimin 1-ci hissəsini nəşr etdirdim. Çox az sayda. Məndən əzizlərimə və dostlarıma yadigar qalar", - deyə sənətçi bildirib.

Azərbaycanın Xalq artisti, kino və teatr aktrisası Həmidə Ömərova 1957-ci ildə Bakı şəhərində anadan olub. Daha çox Azərbaycan Dövlət Televiziyasında "Retro" kinozalının aparıcısı kimi tanınan aktrisa "Babamızın babasının babası", "Qəzəlxan", "Yol əhvalatı", "Qızıl uçurum", "Qorxma, mən səninləyəm" kimi filmlərdə yaddaqalan obrazlar yaradıb.