CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda bazarda kütləvi zəhərlənmə baş verdi - SON XƏBƏR

4 nəfər zəhərlənib
Sputnik

BAKI, 17 iyul — Sputnik. Sədərəkdə "Meyvəli" bazarında kütləvi zəhərlənmə olub. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, bununla bağlı təcili yardıma ilk çağırış saat 10:14-da daxil olub. Ünvana gələn həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətiriblər. Daha sonrakı çağırış isə 10:52-də daxil olub. Bu zaman bəlli olub ki, daha 3 nəfərin halı pisləşib. Təcili tibbi yardım briqadası həmin 3 nəfəri də KTM-in yoluxucu xəstəliklər şöbəsinə yerləşdirib.

Həmin şəxslər yumurta yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər. Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, xəstələr yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Hazırda xəstəxanaya çatdırılan şəxslərə lazımı yardım edilir. Vəziyyətləri orta-ağırlıqdadır.