CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Seçilmiş qrup: Türkiyədə oxuyacaq tələbələrə agentlik xüsusi jest edir

Müqavilə imzalanacaq namizədlərin təhsil haqları agentlik tərəfindən qarşılanacaq
Sputnik

BAKI, 17 iyul — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi baytarlıq, aqronomluq və qida məhsulları mühəndisliyi ixtisasları üzrə magistr təhsili almaq üçün Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələrinə qəbul olunmuş namizədləri müsahibəyə dəvət edir.

Tələbələrin köçürülməsinə başlanılır
Agentlikdən Sputnik Azərbaycan-a verilən xəbərə görə, müsahibə nəticəsinə uyğun olaraq, namizəd ilə Agentlik arasında müvafiq müqavilə imzalanacaq və namizədin təhsil, o cümlədən digər xərcləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ödəniləcək.

Müsahibədə iştirak etmək istəyənlər 2019-cu il iyul ayının 15-dən avqust ayının 15-dək öz şəxsi məlumatlarını tural.alizada@afsa.gov.az elektron ünvanına göndərə bilərlər. Əlavə məlumat almaq istəyən şəxslər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər.