HADİSƏ

Ağdaşda xəstəxanada baş verən ölüm araşdırılır, işdən uzaqlaşdırılanlar var

Həkimlər işdən uzaqlaşdırılıblar
Sputnik

BAKI, 17 iyul — Sputnik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ağdaş rayon sakini, 06.09.2018-ci il təvəllüdlü Ələkbərli Türkel Cavid oğlunun ölümü ilə bağlı hadisəni araşdırıb. Sputnik Azərbaycan-ın agentliyə istinadən xəbərinə görə, araşdırma zamanı Ağdaş rayon Mərkəzi Xəstəxanasında və Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında 07.07-08.07.2019-cu il tarixində gecə növbələrində olan şəxslərin hadisənin təfərrüatları və başvermə səbəbləri haqqında izahatları alınıb.

Prezident İlham Əliyev: "Birinci Qarabağ müharibəsi bizim üçün böyük faciə idi"

Qeyd edək ki, hazırda cinayət işi açılıb. Hüquq mühafizə orqanlarının araşdırma apardığı müddətdə hər iki xəstəxanada hadisə baş verən gün gecə növbəsində olan həkimlər işdən uzaqlaşdırılıblar.

ONA xəbər yaymışdı ki, yüksək hərarətlə valideynləri tərəfindən Ağdaş rayon xəstəxanasına, oradan da Mingəçevir xəstəxanasına aparılan 10 aylıq Ağdaş rayon sakini Ələkbərli Türkel Cavid oğlu həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişib.

Mingəçevir Şəhər Xəstəxanasının baş həkimi 10 aylıq oğlanın ölümü ilə bağlı açıqlamasında deyib: “Türkel Ələkbərli dərhal reanimasiya şöbəsinə yerləşdirildi. İlkin müayinələr zamanı onda ağır tənəffüs problemi müəyyən olunmuşdu. Digər problemləri də mövcud idi. Həkimlərimiz uşağı xilas etmək üçün maksimum səy göstərsələr də, təəssüf ki, onu qorumaq mümkün olmayıb. Faktla bağlı məhkəmə tibbi ekspertizası aparılır”.