SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: "Gürcüstanla sərhəddə baş vermiş insident strateji münasibətlərimizə zərbədir"

Politoloq Fikrət Sadıxov deyir ki, Azərbaycan-Gürcüstan münasibətlərinin pozulmasında maraqlı olan müəyyən qüvvələr ola bilər
Sputnik

Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında Gürcüstan vətəndaşlarının iştirakı ilə baş verən insident Gürcüstan və Azərbaycan arasında strateji münasibətlərə uyğun deyil. Trend-in verdiyi məlumata görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, belə insidentlərin Azərbaycan-Gürcüstan sərhədində baş verməsi bizim Gürcüstanla strateji partnyorluq formatına cavab vermir: "Bizim münasibətlərimiz kifayət qədər müsbətdir, bizim müxtəlif birgə layihələrimiz var. Biz uzun illər ərzində Gürcüstanla əməkdaşlıq edirik və heç vaxt bu əməkdaşlıqdan imtina etmək fikrində deyildik və deyilik. Lakin belə təxribatlar bu strateji münasibətlərə bir zərbədir".

Xatırladaq ki, iyulun 14-də Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum ediblər və onları nalayiq ifadələrlə təhqir ediblər. Bununla bağlı Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib.

Politoloqun geniş şərhini audiofaylda dinləyə bilərsiniz