CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polislər Zaqatalada xüsusi əməliyyat keçirdilər

Narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 16 iyul — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Cinayətkar qruplar zərərsizləşdirib

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində yabanı halda bitmiş ümumi çəkisi 9 ton olan 6000 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilib. Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.