CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Moskvada "Miss Azərbaycan"ın bahalı üzüyünü oğurlayıblar - FOTO

Gülnarə Əlimuradova 1,5 milyon qiyməti olan üzüyünün tapılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib
Sputnik

BAKI, 16 iyul — Sputnik. Rusiyanın paytaxtında "Miss Azərbaycan-2010" titulunun sahibi Gülnarə Əlimuradovanın 1,5 milyon rubl dəyərində olan nişan üzüyünü oğurlayıblar.

Moskvada "Miss Azərbaycan"ın bahalı üzüyünü oğurlayıblar - FOTO

Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadla xəbər verir ki, azərbaycanlı gözəl Moskvanın "Çayxona" restoranında istirahət zamanı qadın tualetinə gedib və üzüyünü çıxarıb orada qoyub. Geri qayıdanda isə üzüyü orada tapmayıb.

Əlimuradova dərhal hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda hadisənin başvermə səbəbləri və üzüyün itdiyi şərait araşdırılır.

Gülnarə Əlimuradova Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Bakı Musiqi Akademiyasının skripka sinfinin məzunudur. 2010-cu ildə "Miss Azərbaycan" seçilib. Model müxtəlif moda nümayişlərində və reklam layihələrində iştirak edib. Hazırda o, Rusiyada yaşayır.