CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Günəşli" yatağında ölüm olub

Hadisənin baş vermə səbəbləri "Azneft" İstehsalat Birliyinin baş direktorunun əmri ilə yaradılmış müvafiq komissiya tərəfindən yerində araşdırılır
Sputnik

BAKI, 16 iyul — Sputnik. İyulun 15-də saat 18:50 radələrində "Günəşli" yatağındakı 14 saylı dərin dəniz özülündə Elmi təhqiqat işləri istehsalat sahəsinin operatoru, 1980-ci il təvəllüdlü Vəlixanov Seymur Əlihüseyn oğlu hamamda yıxıldığı vəziyyətdə aşkar edilib və vəfat etdiyi müəyyənləşdirilib.

Nəzarətsiz çimərliklərdə ölümə səbəb nədir?

Sputnik Azərbaycan SOCAR-ın saytına istinadla xəbər verir ki, ilkin rəyə əsasən, ölüm hadisəsinə baş nahiyəsinin xəsarəti və beyinə qan sızması səbəb olub.

Hadisənin baş vermə səbəbləri "Azneft" İstehsalat Birliyinin baş direktorunun əmri ilə yaradılmış müvafiq komissiya tərəfindən yerində araşdırılır. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.