HADİSƏ

Çeçenistanda təyyarə evin üzərinə düşüb, yaralılar var

Hadisə nəticəsində dörd nəfər xəsarət alıb
Sputnik

BAKI, 16 iyul — Sputnik. Çeçenistanın Şelkovski rayonunda yaşayış evinin üzərinə yüngül motorlu təyyarə düşüb.

Azərbaycan qırıcı təyyarələri səmaya qaldırdı - VİDEO

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə təyyarənin elektrik naqillərinə ilişməsi nəticəsində baş verib.

"Hadisə kənd təsərrüfatı işləri həyata keçirilərkən baş verib. Uçuşdan sonra təyyarə elektrik naqillərinə ilişib", - regionun fövqəladə hallar idarəsinin rəsmisi RİA Novosti-yə deyib.

Məlumata görə, hadisə nəticəsində dörd nəfər xəsarət alıb. Pilotun körpücük sümüyü sınıb. Evin sakinləri isə - iki qadın və bir uşaq psixoloji şok vəziyyətində xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı yoxlamalar başlayıb.