İQTİSADİYYAT

Azərbaycan nefti bahalaşıb

"Azeri Light" markalı neftin qiyməti 0,05 dollar artıb
Sputnik

 

BAKI, 16 iyul — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin qiyməti 0,05 dollar artaraq 68,75 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar təşkil edib.