CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İrana gedən altı uşaq anası ehtiyatsızlığının qurbanı oldu

"Suyun üzərində paltarını, suyun kənarında isə ayaqqabısını tapıblar"
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 16 iyul — Sputnik. Astarada 48 yaşlı qadın bədbəxt hadisənin qurbanı olub.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi xəbərə əsasən, hadisə Astara rayonunun Kijəbə qəsəbəsi ərazisində yerləşən Lovayın su anbarında baş verib. Astara rayonu Dürriyə kənd sakini, 1971-ci il təvəllüdlü Ağabacı Canhəsən qızı Məmmədova ehtiyatsızlıqdan su anbarına yıxılaraq boğulub.

İrana gedən altı uşaq anası ehtiyatsızlığının qurbanı oldu

Mərhumun qohumu Alış Babayevin sözlərinə əsasən, o, yoldaşı ilə İran İslam Respublikasına getmək istəyirmiş: "Biz tərəfdə su anbarı var, mərhum Ağabacı Məmmədova da ayaqqabılarını və əl-üzünü yumaq üçün su anbarına tərəf gedib. Anbarın kənarları çox sürüşkəndir. Həyat yoldaşı Bəşir Əzizov isə onu yol kənarında gözləyib və 15 dəqiqədən artıq müddətdə yoldaşının gəlmədiyini görüb, su anbarının kənarına gəlib.

Gəncədə 4 yaşlı körpə çayda boğuldu
Əraziyə gəldikdə isə qadının orada olmadığını, suyun üzərində paltarını, suyun kənarında isə ayaqqabısını aşkar edib. Bundan sonra həyat yoldaşının suda batdığını anlayaraq özü suya girib və yoldaşının cansız bədənini çıxarıb. Qadına süni nəfəs və ürək masajı edilsə də, həyatını xilas edə bilməyiblər".

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Qeyd edək ki, mərhum A.Məmmədova 6 övlad anası idi. Məlumat üçün bildirək ki, sözügedən Lovayın su anbarında son iki il ərzində 6-cı boğulma hadisəsidir.