SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Vaşinqtonun Rusiya və Çinlə bağlı böyük planı baş tutacaqmı?

Bir müddət öncə Prezident Donald Tramp ABŞ, Rusiya və Çin arasında nüvə silahlarının məhdudlaşdırılmasına dair "yeni nəsil" sazişin imzalanmasını təklif edib
Sputnik

BAKI, 16 iyul — Sputnik. ABŞ rəsmiləri Rusiya ilə Cenevrədə baş tutacaq danışıqlar çərçivəsində Vaşinqton, Moskva və Pekin arasında nüvə silahlarına dair üçtərəfli sazişin imzalanmasını müzakirə etmək niyyətindədirlər.

İran rəsmisi nüvə sazişindən danışdı: “Yenidən baxıla bilməz”

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Reuters" agentliyinə ABŞ-ın yüksək vəzifəli rəsmiləri deyiblər.

Xatırladaq ki, bir müddət öncə Prezident Donald Tramp ABŞ, Rusiya və Çin arasında nüvə silahlarının məhdudlaşdırılmasına dair "yeni nəsil" sazişin imzalanmasını təklif edib. Sazişin bütün tip nüvə silahlarını əhatə etməsi nəzərdə tutulub.

Lakin Moskva Karnegi Mərkəzinin "Rusiya Asiya və Sakit Okean Regionunda" proqramının rəhbəri Aleksandr Qabuyev RİA Novosti-yə deyib ki, Çinin yaxın gələcəkdə tərksilaha dair danışıqlarda iştirak edəcəyini gözləmək lazım deyil.

Qabuyev güman edir ki, Çin üçtərəfli yox, çoxtərəfli tərksilah sazişinin imzalanmasını tələb edəcək, belə ki, silahlanmaya nəzarətə dair əvvəlki mexanizmlər soyuq müharibə dövründə ortaya çıxıb və iki dünya lideri – ABŞ və Sovet İttifaqını əhatə edib, Fransa və Böyük Britaniyanın isə nüvə arsenalı nəzərə alınmayıb.

Ekspertin sözlərinə görə, Çinin nə səbəbdən öz nüvə potensialını məhdudlaşdırmağa razılıq verəcəyi aydın deyil.

"Çin öz qonşularına – ilk növbədə Hindistana və qismən də Şimali Koreyaya qarşı (oxşar – red.) məhdudiyyətlərin tətbiq olunması məsələsini qabardacaq... 

Ruhani ABŞ-la danışıqlara razılaşdı, amma şərt qoydu
Buna görə də Çini məhz nüvə silahlarına nəzarət mexanizmlərinə cəlb etmək cəhdləri uğursuzluqla başa çatacaq", - Qabuyev deyib.

Onun sözlərinə görə, Çin ümumiyyətlə yaxın gələcəkdə ABŞ və Rusiya ilə nə üçtərəfli, nə də çoxtərəfli tərksilah danışıqlarına razılıq verəcək.

Artıq Çin Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı açıqlama verərək, nüvə silahlarına dair ABŞ və Rusiya ilə hər-hansı bir üçtərəfli sazişin müzakirəsi üçün əsasın olmadığını bildirib.

Qeyd edək ki, çərşənbə günü, iyulun 17-də Cenevrədə ABŞ Dövlət katibinin birinci müavini Con Sallivan və Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov arasında strateji sabitliyə dair dialoq baş tutacaq.