Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 15 iyul — Sputnik. Şəki Xan sarayı bir neçə gün ziyarətçilərin üzünə bağlı olacaq. Bu barədə Şəki sakinləri Sputnik Azərbaycan-a məlumat veriblər. Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə Sputnik Azərbaycan-a açıqlamasında Şəki Xan sarayına girişin bağlandığını təsdiqləyib.
Şəki Xan sarayındakı hazırkı vəziyyət - FOTO
© Sputnik / Zulfiyya Guluyeva
Qeyd edək ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.