MƏDƏNİYYƏT

Azərbaycanlı müğənninin geyimi hamını mat qoydu

Həyat bir körpəyə bənzər, yatmağını istəmirsinizsə, onun başını qatmağınız lazım
Sputnik

BAKI, 15 iyul — Sputnik. Bir zamanlar müğənni Mina kimi tanınan Nərminə Hüseynova öz Instagram hesabında yeni paylaşımı ilə müzakirələrə səbəb olub.

Sputnik Azərbaycan xəbər verir ki, müğənni açıq-saçıq libasda olan foto və videosunu Instagram səhifəsinə yükləyərək "Həyat bir körpəyə bənzər, yatmağını istəmirsinizsə, onun başını qatmağınız lazım" sözlərini yazıb.

Onun atdığı bu addım Instagram izləyiciləri tərəfindən tənqid edilib. Tənqidlərdən dərhal sonra Mina paylaşımın şərh bölməsini bağlayıb. Tənqidlərə cavab verən müğənni eyni libasda fotolar paylaşaraq "Birisini müzakirə etmək üçün ən uyğun yer aynanın qarşısıdır. Şərh bölümünü lazımsız yazanlar üzündən bağladım" deyə bildirib.

Qeyd edək ki, Mina "Hər şey yaxşı olacaq", "Dur hoppan" mahnıları ilə tanınıb.