MƏDƏNİYYƏT

İçərişəhərdəki tarixi hamamı "Hərəmxana"ya döndəriblər

Məşhur azərbaycanlı müğənni Dilarə Kazımova mahnısına klip çəkdirərkən İçərişəhərdəki tarixi hamamdan "Hərəmxana" kimi istifadə edib
Sputnik

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 15 iyul — Sputnik. Məşhur azərbaycanlı müğənni Dilarə Kazımova "Hərəm" mahnısına çəkdirdiyi yeni klipində sultanın xanımı obrazını yaradıb. Onun bu yeni obrazı görənləri heyrətləndirib.

İçərişəhərdəki tarixi hamamı "Hərəmxana"ya döndəriblər

Kompozisiyanın musiqisini müğənni özü və İslam Şirvani, sözlərini isə Prometey yazıb. Klipin çəkilişləri Boomerang Label agentliyinin təşkilatçılığı ilə baş tutub. Müğənninin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, çarxın rejissorluğunu Nail Naiboğlu edib.

"Bu mahnı məni ilhamlandırdı və ürəyimcə oldu, çünki ona şərq ruhu hakimdir. Hərəmlər keçmişdə olub. Biz onun həqiqi görüntüşünü yaratmaq üçün mümkün olan hər şeyi elədik. Çəkilişlər İçərişəhərdə yerləşən tarixi hamamda aparılıb," - deyə Kazımova bildirib.

Müğənninin klipi yaxın vaxtlarda hazır olacaq. O, klipin çəkilişlərində verdiyi dəstəyə görə, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu Aparatının rəhbəri Riad Qasımova minnətdarlığını bildirib.

Dilarə Kazımova Dilarə Kazımova vaxtilə Unformal və Milk & Kisses qruplarının heyətində çıxış edib. O, 2014-cü ildə "Ukraynanın səsi", "1+1" layihələrinin iştirakçısı olub. Elə həmin il "Böyük səhnə" milli müsabiqəsində qalib gələrək Azərbaycanı "Avroviziya-2014" müsabiqəsində təmsil etmək hüququ qazanıb. Hazırda o, solo karyerasını davam etdirir.