BAKI, 15 iyul — Sputnik. Qazaxıstanın ən böyük şəhəri Almatı tamamilə işıqsız qalıb. Bu barədə Sputnik Qazaxıstan bildirib.
Məlumata əsasən, hadisə yerli vaxt ilə saat 14:00-da baş verib. Şəhərdə hazırda heç bir işıqfor işləmir.
Rəsmi orqanlar hadisənin hansı səbəbdən baş verməsini hələki izah edə bilmirlər.
"Hazırda araşdırma aparılır, detallar daha sonra açıqlanacaq", - deyə "Almatıenergosbıt"-dan bildirilib.
Almatı ilə yanaşı Talqra şəhərinin sakinləri də ışıqsız qalıb. Şəhərdə həmçinin mobil rabitənin də işində problemlər yaşanır.