HADİSƏ

Dünən faciə baş verən bölgədən daha bir təbii fəlakət xəbəri gəldi

Yeraltı təkanın maqnitudası 3.3, dərinliyi 37 km olub
Sputnik

BAKI, 15 iyul — Sputnik. Qax rayonunda zəlzələ olub.

Bu barədə Sputnik Azərbaycan-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Bildirilib ki, ilkin məlumatlara əsasən yerli vaxtla saat 09:43-də Zaqatala stansiyasından 34 km cənub şərqdə, Qax rayonunda zəlzələ qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.3, dərinliyi 37 km olub.

Zəlzələ hiss olunmayıb.