Baş nazirin son rəqsi gündəm oldu – VİDEO

Festivalda iştirak edən şəxslər baş naziri aktiv şəkildə dəstəkləyib
Sputnik

BAKI, 15 iyul — Sputnik. Böyük Britaniya mətbuatı aktiv şəkildə Tereza Meyi müzakirə edir. Bu dəfə baş nazirin siyasi gələcəyi deyil, onun xoreoqrafiyası gündəm olub.

Böyük Britaniya hökumətinin rəhbəri "Henley" festivalında rəqs edərkən görüntülənib. O, ABBA qrupunun "Dancing Queen" (Rəqs edən kraliça) mahnısının sədaları altında rəqs edib.

Festivalda iştirak edən şəxslər baş naziri aktiv şəkildə dəstəkləyib. Sosial şəbəkə istifadəçiləri isə Meyin bu rəqsini "Baş nazirin son rəqsi" adlandırıb.

Qeyd edək ki, Tereza Mey Mühafizəkarlar Partiyası öz liderini seçənə qədər Böyük Britaniya Baş naziri səlahiyyətlərini icra edəcək.