SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qərb AKP-nin yeni rəqibini dəstəkləyəcəkmi - politoloq şərhi

Beynəlxalq əlaqələr üzrə mütəxəssis, politoloq Nəzakət Məmmədova deyir ki, yeni partiyanın AKP-yə ciddi rəqib olacağı gözlənilmir
Sputnik

Əli Babacan Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) üzvlüyündən istefa verib. Bununla bağlı keçmiş xarici işlər naziri yazılı bəyanat yayıb.

Politoloq Nəzakət Məmmədova Sputnik Azərbaycan-a deyir ki, AKP-dən ayrılan şəxslərin partiya yaradacaqları ilə bağlı iddialar var, ancaq ortada konkret addımlar yoxdur: “Qərb dövlətləri AKP-dən ayrılmış şəxslərin demokratik və islahatçı olduğunu düşünmürlər. ABŞ bu şəxsləri dəstəkləməkdə tərəddüd edir. Yeni partiya yaradılsa belə, onun AKP-yə ciddi rəqib olacağı gözlənilmir. ABŞ-dan və NATO-dan uzaqlaşıb, Rusiya ilə yaxınlaşma Türkiyə xarici siyasətinin əsas iqtiqaməti olaraq qalacaq”.

Politoloqun geniş şərhinə audiofaylda qulaqasa bilərsiniz