SƏHİYYƏ

Gözdəki sarı nöqtə ciddi xəstəlikdən xəbər verir

Ətrafınızdakı rəngləri solğun, cizgiləri qırıq-qırıq, yazıları isə qarma-qarışıq görürsünüzsə, həkimə müraciət edin
Sputnik

BAKI, 14 iyul — Sputnik. Həkimlər gözün bəbəyində yaranan sarı ləkənin ciddi xəstəlikdən xəbər verdiyini deyirlər.

“Şəfalı əllərin” sahibinin ələ baxan gözləri – Problem yenə qalır
  Sputnik Azərnbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, onlar gözün qarasının içindəki sarı ləkənin görmə qabiliyyətinin azalmasına işarə olduğunu bildiriblər. Həkimlərin dediklərinə görə, 5 millimetr ölçüdə olan bu ləkə eyni zamanda üz cizgilərini, müəyyən detalları seçməkdə də çətinlik yaradır.

Bu xəstəlikdən əziyyət çəkən şəxslər evdə müəyyən işlər görə bilsələr də, küçədə təkbaşına gəzərkən çətinliklə qarşılaşırlar.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu gün dünyada 30 milyondan artıq insan sarı ləkədən əziyyət çəkir.