HADİSƏ

Xəzərdə batan şəxsin axtarışları davam etdirilir

Bakıda dənizdə bir nəfər batıb, axtarış aparılır
Sputnik

BAKI, 14 iyul - Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonunda dənizdə, 1 nəfərin batması barədə məlumat daxil olub.

Sputnik Azərbaycan-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.