CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəstəxanada ölən şəxsin yaxınları axtarılır

Bir neçə gün xəstəxanada huşsuz vəziyyətdə qalan şəxsi dindirmək mümkün olmayıb
Sputnik

BAKI, 13 iyul — Sputnik. İyunun 30-da Səbail rayonu ərazisindən yıxılaraq kəllə-beyin travması alan 55-60 yaşlı kişinin xəstəxanaya gətirilməsi barədə 39-cu Polis Bölməsinə məlumat daxil olub.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, huşsuz vəziyyətdə olduğundan həmin şəxsin dindirilməsi mümkün olmayıb. İyulun 11-də isə o, vəfat edib.

Xəstəxanada ölən şəxsin yaxınları axtarılır

Məlumatda qeyd edilib ki, kimliyi istintaqa məlum olmayan, şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə və 39-cu Polis Bölməsinə (012) 498-02-02; (012) 437-02-02 şəhər və (050) 636-60-60; (055) 285-40-04  mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.