Paris bu gün "qara jiletlilər"in şokunu yaşadı - VİDEO

700 nəfər Panteon binasına daxil olaraq hökumətdən statuslarının leqallaşdırılmasını tələb edib
Sputnik

BAKI, 13 iyul — Sputnik. Parisdə miqrantların etiraz aksiyasında 40 nəfəri polis saxlayıb.

Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir ki, təxminən 700 nəfər Panteon binasına daxil olaraq hökumətdən statuslarının leqallaşdırılmasını tələb edib.

Miqrantların hüquqlarının müdafiəsi qrupu "Chapelle Debout" insanların həyat şəraitinin çətinliyini önə çəkərək onlara yaşayış yerləri ayrılmasını tələb edib. Aksiya iştirakçılarına 2018-ci ilin noyabrından Fransanı davamlı mitinqləri ilə lərzəyə gətirən "sarı jiletlilər"ə uyğun olaraq artıq "qara jiletlilər" adı verilib.