CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Maraqlı sual - qısqanclığın rəngi nədir?

"İki qazan var, birində it var, birində pişik, siçan hansının ağzındadır?"
Sputnik

BAKI, 13 iyul — Sputnik. "8 iyuldan etibarən orta məktəblərdə işləmək üçün müəllimlərin işə qəbulu üzrə imtahanlar keçirilir. Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. 

İmtahanlarda gərginlik yaşamamaq üçün xüsusi xidmət yaradılıb
Hal-hazırda 2-ci mərhələ - test mərhələsi davam edir".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov öz "Fcaebook" səhifəsində yazıb.

O, qeyd edib ki, bu il ilk dəfə olaraq imtahanların gedişindən ciddi şəkildə narazılıq var: "Hal-hazırda bizim Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinə 400-dən çox şikayət daxil olub. Müəllimlər daha çox test tapşırıqlarının düzgün cavabları yazılandan sonra geri dönəndə dəyişməsindən şikayətlənirlər. Yəni kompüterdə idarəçi tərəfindən cavablara müdaxilə olunur. Bununla yanaşı, imtahan iştirakçısını oturduğu yerdən gəlib qaldırırlar ki, bu, başqasının yeridir, amma buraxılış vərəqi yoxdur ki, kim harada oturmalıdır. Başqa şəxslər gəlib orada əyləşirlər.

İmtahan zalında xüsusi kart və ya işarə ilə işarələnmiş yerlər var və ancaq orada nəzarətçilərin gətirdiyi şəxslər iştirak edirlər və onlar daha çox bal toplayırlar.

İmtahanlarda istifadə olunan test tapşırıqlarının iki, üç cavabı olur və ya ümumiyyətlə cavabı olmur. Təqdim olunan test tapşırıqları heç bir məntiqə sığmır. Misal üçün, "Qısqanclığın rəngi nədir?", "İki qazan var, birində it var, birində pişik, siçan hansının ağzındadır?" və s. Həqiqətən də belə test tapşırıqları təqdim olunubsa, bu imtahanı təşkil edənləri əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad etmək lazımdır".

Ekspert qeyd edib ki, haqları tapdanmış iştirakçıların yazdıqları test tapşırıqları onların şəxsi kabinetinə yüklənməli, heç bir testologiyaya sığmayan sualların cavabı iştirakçıların nəticələrinə düzgün cavab kimi əlavə edilməli, vakansiya seçimi üçün tətbiq olunan minimum keçid balı dəyişməli və ümumiyyətlə ləğv olunmalıdır. 

Müəllimlərin maaşı konkret nə qədər artacaq? - Açıqlama

Onsuz da vakansiyanı seçən və ən yüksək bal toplayan şəxslər müsahibəyə dəvət olunurlar.

Gələcəkdə isə bu kimi problemlərin baş verməməsi üçün ekspert təklif edir ki, MİQ imtahanın keçirilməsi Dövlət İmtahan Mərkəzinə verilməlidir və ya Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzi bunu daha da peşəkar səviyyədə təşkil edə bilər.

"İmtahanlar üzrə proqram, vəsait və ədəbiyyat siyahısı azı 6 ay əvvəl çap olunub iştirakçılara təqdim olunmalıdır. İmtahanlar kompüterlə yox, kağız üzərində olmalıdır və iştirakçılara imtahandan sonra sual kitabçası verilməlidir. İmtahandan sonra apellyasiya komissiyası yaradılmalı və şikayətlər dinlənməlidir", - deyə o qeyd edib.