TƏHLİL

İlahiyyatçı: “Gənclər din haqqında məlumatları ziyalıların dilindən eşitməlidirlər”

İlahiyyatçı Hacı Şahin Həsənli deyir ki, dinlər haqqında ümumi məlumatların verilməsi çox ciddi əhəmiyyətə malikdir
Sputnik

İslamın əsl mahiyyətini gələcək nəslə çatdırmaqla bu din adı altında müsəlman ölkələrində törədilən fəsadların qarşısını ala bilərik. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "İslam sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumunda deyib.

İlahiyyatçı Hacı Şahin Həsənli Sputnik Azərbaycan-a deyir ki, din dərslərinin keçirilməsi çox müsbət addımdır:

“Burada söhbət dinin təbliğindən getmir və təhsilin dünyəviliyi ilə ziddiyyət təşkil etmir. Din vasitəsilə insanların düşüncələrinin manipulyasiya və siyasi məqsədlər üçün istifadə edildiyi bir zamanda dinlər haqqında ümumi məlumatların verilməsi çox ciddi əhəmiyyətə malikdir. Məsələnin psixoloji tərəfi odur ki, artıq tələbələr və şagirdlər din haqqında məlumatları ziyalıların dilindən eşidəcəklər. Bunun da özünəməxsus müsbət psixoloji təsiri var”.

Hacı Şahin Həsənlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz