CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputatdan hakimlərimizi sevindirəcək təklif

Hakimlərə imkan vermək lazımdır ki, öz funksiyalarını yerinə yetirsinlər, bundan sonra qanunların sərtləşdirilməsi də mümkündür
Sputnik

BAKI, 13 iyul — Sputnik. "Hazırda məhkəmə-hüquq islahatları ilə bağlı yeni bir situasiya yoxdur".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa öz "Facebook" səhifəsində yazıb.  O qeyd edib ki, sənədlərin hazırlanması mərhələsi olduğuna görə son vaxtlar hər hansı bir müzakirələrə dəvət olunmur.

Vilnüs məhkəməsi "Sputnik" agentliyinin saytının blok edilməsi barədə qərarı təsdiqlədi

"Ümumilikdə verilmiş fərman (Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 03.04.2019-cu il tarixli Fərmanı - red.) ölkə başçısının bu istiqamətdə iradəsinin göstəricisidir. Bu istiqamətdə dəyişikliklər edilməsi nəzərdə tutulur. Ümid edək ki, dəyişikliklər məhkəmə-hüquq sistemində ən azı müsbət istiqamətdə bir sıra problemlərin həllinə köməklik göstərəcək", - deyə o bildirib.

Deputat deyir ki, məhkəmə-hüquq islahatları ilə bağlı fərmana uyğun olaraq məhkəmə hakimlərinin köməkçilərinin funksiyalarının dəqiqləşdirilməsi, qanuna əməl edilməsi vacibdir: "İlk növbədə hakimlərin əməkhaqları məsələsi həll olunmalıdır. Biz hakimlərə 10 min manat aylıq məvacib verilməsi təşəbbüsü ilə çıxış etmişik. Hakimə yüksək əmək haqqı verilməlidir ki, gözü başqa yerdə olmasın, problemlərini özü həll edə bilsin. Hakimlərə yüksək əmək haqqı verilməlidir ki, rüşvətə meyl etməsinlər".

Onun sözlərinə görə, belə bir dəyişiklikdən sonra hakimlərin qeyri-prosessual münasibətlərə görə sərt cəzalandırılmasını tətbiq etmək olar: "Hakimlərə imkan vermək lazımdır ki, öz funksiyalarını yerinə yetirsinlər, bundan sonra qanunların sərtləşdirilməsi də mümkündür".