CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Əcəl gülləsi"nə tuş gələn Goranboy sakini dünyasını dəyişdi

Asayiş keçikçisi üzərində olan xidməti silahdan havaya xəbərdarlıq atəşi açarkən güllə Təbriz Əmrahova dəyib
Sputnik

BAKI, 13 iyul — Sputnik. Goranboyda baş vermiş insident zamanı xəsarət alan şəxs dünyasını dəyişib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, güllə yarası ilə Gəncə Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən Təbriz Əmrahov orada keçinib.

Xatırladaq ki, ötən gecə Goranboyda silahlı insident baş verib. Rayonun Goran qəsəbəsi ərazisində xidmət aparan Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimov avtomobilin yolun kənarındakı maneəyə çırpılması ilə əlaqədar bir qrup şəxsin yol kənarında toplaşdıqlarını görüb səbəbini müəyyənləşdirmək məqsədi ilə onlara yaxınlaşıb.

Qayınatasına güllə atmaq üçün Bakıdan Ağcabədiyə gedən kürəkən tutuldu

Bu zaman həmin şəxslərlə polis əməkdaşı arasında mübahisə yaranıb və onlardan biri - Qarapirimli kənd sakini Lətif Əmrahov polis əməkdaşına qəfil zərbə endirərək onu yerə yıxıb. Asayiş keçikçisi üzərində olan xidməti silahdan havaya xəbərdarlıq atəşi açarkən güllə L.Əmrahovun əmisi oğlu Təbriz Əmrahova dəyib.

Bundan sonra Təbrizin qardaşı Pərviz Əmrahov silahı polis əməkdaşının əlindən alaraq küpü ilə onun baş nahiyəsindən çoxsaylı zərbələr endirərək ağır xəsarət yetirib. Xəsarət almış polis əməkdaşı və vətəndaş T.Əmrahov Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanmış, polis və prokurorluq əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.