"Facebook"a şok cəza

ABŞ Federal Ticarət Komissiyası "Facebook"u külli miqdarda cərimələyib
Sputnik

BAKI, 13 iyul — Sputnik. ABŞ Federal Ticarət Komissiyası "Facebook"u külli miqdarda cərimələyib.

Sputnik Azərbaycan "NTV"yə istinadla xəbər verir ki, ABŞ Federal Ticarət Komissiyası "Facebook"u 5 milyard dollar cərimələyib.

Trampdan "Facebook"a böyük təklif

Beləliklə, ABŞ-da 87 milyon seçicinin şəxsi məlumatlarını şirkətlərlə bölüşməkdə ittiham edilən "Facebook" tarixi bir cəzaya məhkum edilib.

ABŞ Federal Ticarət Komissiyasının cəza qərarı səs çoxluğu ilə qəbul edilib. Cəzanın Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilməsi lazımdır.

Qeyd edək ki, "Facebook" seçicilərin məlumatlarını "Kembric Analytica" adlı şirkətlə bölüşərək 2016-cı ildə ABŞ-da keçirilən seçkilərdə saxtakarlıq etməkdə ittiham edilir.

"Facebook"un qurucusu Mark Zukerberq ittihamlar ilə bağlı ABŞ Konqresində ifadə vermişdi.