CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sahibkarların elektrikə qoşulmağa görə ödədikləri məbləğ açıqlandı

Hesabat dövründə qəbul edilmiş müraciətlərdən 1148-nin icrası təmin olunub, 26 müraciət isə təqdim edilmiş sənədlərdəki uyğunsuzluqlar səbəbindən icra edilməyib
Sputnik

BAKI, 12 iyul — Sputnik. 2019-cu ilin I yarısında Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə 1174 müraciətə baxılıb.

Bu barədə Energetika Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib.

Yanvar ayı üzrə daxil olan müraciətlərin sayı 227, fevral ayı üzrə 261, mart ayı üzrə 148, aprel ayı üzrə 179, may ayı üzrə 200, iyun ayı üzrə isə 159 olub.

Hesabat dövründə qəbul edilmiş müraciətlərdən 1148-nin icrası təmin olunub, 26 müraciət isə təqdim edilmiş sənədlərdəki uyğunsuzluqlar səbəbindən icra edilməyib.

Ümumilikdə yanvar-iyun ayları ərzində Texniki Şuralara daxil olmuş müraciətlər əsasında sahibkarlar tərəfindən 19122,5 kVt güc sifariş edilib və 3399680,01 AZN qoşulma haqqı ödənilib.

Bu dövrdə daxil olmuş bütün müraciətlər 1 və 2 saylı "ASAN kommunal" mərkəzlərində, Sumqayıt və Gəncə şəhərlərindəki "ASAN xidmət" mərkəzlərində yaradılmış Texniki Şuralar tərəfindən qəbul edilib və icra olunub.