"Mossad"dan Türkiyəyə yardım əli: faciənin qarşısını aldılar

"Mavi Mərmərə" gəmisi ilə bağlı münasibətlərin gərginləşməsi İsrailin yardımı üçün əngəl olmayıb
Sputnik

BAKI, 12 iyul — Sputnik. İsrail kəşfiyyat xidməti "Mossad" və Müdafiə Nazirliyinin Kəşfiyyat birliyi son üç ildə 20 ölkədə İŞİD və İran tərəfindən planlanan 50 terror təşkilatının qarşısını alıb.

Türklər PKK-nın yeddi rəhbərindən birini zərərsizləşdirdilər
Bu barədə Sputnik Azərbaycan "The Jerusalem Post" nəşrinə istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, İsrail tərəfindən təqdim olunan kəşfiyyat məlumatları sayəsində təkcə Türkiyədə 12 terror aktının qarşısının alındığı bildirilir.

Nəşr yazır ki, İsraillə Türkiyə arasında 2010-cu ildə "Mavi Mərmərə" gəmisi ilə bağlı münasibətlərin gərginləşməsinə baxmayaraq, Türkiyə hökuməti öz ölkəsində terror aktlarının qarşısını almaq üçün İsraildən kəşfiyyat məlumatları almağa davam edib.