MƏDƏNİYYƏT

Kitab yarmarkalarına oxucu marağı nə qədərdir - Şahbaz Xuduoğlu danışır

“Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu deyir ki, yarmarkalar ölkəmizin digər böyük şəhər və rayonlarında da keçirilsə, kitaba diqqəti, marağı daha da artırar
Sputnik

Bir neçə müddətdir ki, Bakının parklarında müxtəlif nəşriyyatların təşkilatçılığı ilə kitab yarmarkaları keçirilir.

“Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu Sputnik Azərbaycan-a deyir ki, yarmarkalara oxucu marağı yüksəkdir: “Buna görə də, yarmarkaları keçirməkdə davam edirik. İmkan olsa, Bakının digər park və istirahət yerlərində də belə yarmarkaların keçirilməsinə zərurət var. Yarmarkalar ölkəmizin digər böyük şəhər və rayonlarında da keçirilsə, bu, kitaba diqqəti, marağı daha da artırar. Yarmarkalarda oxucular yeni nəşrlərlə tanış olurlar, həm də kitab oxuyanların şəbəkələşməsi təmin olunur, onlar tanış olub, ünsiyyət qururlar”.

Naşirin fikrincə, ümumilikdə yarmarkalar kitabın təbliğatına, geniş kütləyə çatmasına təkan verir. “Yarmarkalarda roman və fərdi inkişaf kitablarına daha çox tələbat duyulur. O cümlədən, yerli ədəbiyyata marağın artması da müşahidə edilir”, - deyə Xuduoğlu bildirib.

Şahbaz Xuduoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz