BAKI, 12 iyul - Sputnik. "Buta Airways" şirkətinin bu gün saat 07:46-dan Bakıdan Gürcüstanın Batumi şəhərinə hərəkət edən sərnişin təyyarəsi təyinat məntəqəsindəki qeyri-sabit hava şəraiti ilə əlaqədar yolun yarısından geri qayıdıb.
Sputnik Azərbaycan bu barədə aviaşirkətə istinadən xəbər verir.
Məlumatda deyilir ki, təyyarə saat 10:12-də Heydər Əliyev Beynəlxalq Aeroportunda yerə enib. Aviareys Batumidə hava şəraiti yaxşılaşdıqdan sonra yerinə yetiriləcək.