Yerevan məhkəməsi keçmiş prezidentin qudasını həbs etdi

Minasyanın istintaqdan gizləndiyi və onun hazırkı yerinin naməlum olduğunu nəzərə alaraq, o, axtarışa verilib
Sputnik

BAKI, 12 iyul — Sputnik. Yerevan məhkəməsi Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın qudası Ara Minasyanı qiyabi həbs edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Minasyan iqtisadi cinayətlərdə ittiham olunur.

Ara Minasyan 2018-ci il iyulunun sonunadək Yerevan şəhərindəki Müqəddəs Maarifləndirici Qriqori Tibb Mərkəzinə rəhbərlik edib.

"İyulun 12-i istintaq orqanı Minasyanın həbsinə dair məhkəməyə müraciət edib. Müraciət təmin edilib. Minasyanın istintaqdan gizləndiyini və onun hazırkı yerinin naməlum olduğunu nəzərə alaraq o, axtarışa verilib", - ölkənin İstintaq Komitəsi bildirib.

Qeyd olunur ki, Minasyan səkkiz ilədək azadlıqdan məhrum edilə bilər.