CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vitse-spiker ATƏT PA-nın sənədini yüksək dəyərləndirib

ATƏT-in Parlament Assambleyasının illik sessiyasında qəbul edilən "Yekun Deklarasiya"da Azərbaycanın maraqları təmin olunub
Sputnik

BAKI, 12 iyul - Sputnik. “ATƏT-in Parlament Assambleyasının Lüksemburqda keçirilən 28-ci illik sessiyasında qəbul edilən "Yekun Deklarasiya"da Azərbaycanın maraqları təmin olundu”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında parlamentin vitse-spikeri Bahar Muradova deyib.

B.Muradova bildirib ki, müzakirə olunan bəyannamənin 22-ci maddəsində yer alan müddəa Ermənistanda çox ciddi qarşıdurmalara, müzakirələrə səbəb olub:

Milli Məclisin növbədənkənar sonuncu plenar iclası keçirilir

“Həmin maddədə nəzərdə tutulur ki, ilk dəfə olaraq Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova ərazisində olan konfliktlərə eyni prizmadan yanaşılmalıdır. İrəli atılan ən vacib və güclü addım məhz bu məsələlərin bir maddədə toplanması və vahid prizmadan dəyərləndirilməsi idi”.

O bildirib ki, ATƏT PA razılaşdırılmış format daxilində tərəflərin ilkin şərti olmadan ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanaraq Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovadakı münaqişələrin həlli üçün konkret nəticələrə yönəlik müzakirə və danışıqları akitvləşdirməyi tövsiyə edir.

Spiker Oqtay Əsədov bildirib ki, ATƏT-in Parlament Assambleyasının Lüksemburqda keçirilən son sessiyasında fəaliyyətinə görə nümayəndə heyətimizə dərin təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan üçün ATƏT-in Parlament Assambleyasının çox gözəl sessiyası keçirildi.