BAKI, 12 iyul - Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanuna dəyişikliyə baxılıb.
Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə əsasən, qanunun qüvvəyə minmə vaxtı uzadılır.
“15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanunun 8-ci (Qanunun qüvvəyə minməsi) maddəsində “2020-ci il yanvarın 1-dən” sözləri “2022-ci il yanvarın 1-dən” sözləri ilə əvəz edilib.
Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.