CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Müqəddəs yer" boş qalmadı - Təyinat

Əbülfət Rzayev 1995-ci ildən həm də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi sistemində xidmət edir
Sputnik

BAKI, 12 iyul — Sputnik. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) yeni rəis təyin olunub.

Sputnik Azərbaycan xəbər verir ki, nazir, general-polkovnik Vilayət Eyvazovun əmri ilə BMCMİ-yə Nəsimi rayon Polis İdarəsinin rəisi, polkovnik Əbülfət Rzayev təyin edilib.

Qeyd edək ki, Əbülfət Rzayev 1995-ci ildən həm də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi sistemində xidmət edir.

Polis sistemində xidmətə Ukraynada adi milis nəfərliyindən başlayan Əbülfət Rzayev 1995-ci ildən Azərbaycanda Ordubad ŞPİ-də sahə müvəkkili, Qaradağda əməliyyat müvəkkili, Nəsimi rayonunda Cinayət Axtarış Şöbəsində baş əməliyyat müvəkkili, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsində əməliyyat müvəkkili, Xətai RPİ-də Cinayət Axtarış Şöbəsinin rəisi, Xətai RPİ-nin 37-ci Polis Bölməsinin rəisi, Sabunçu Rayon Polis İdarəsinin rəis müavini, Şəki RPİ-nin rəisi, sonuncu təyinatına qədər isə Nəsimi RPİ-nin rəisi vəzifələrində işləyib.