Vaxtı keçmiş məhsullar yenidən marketlərə axıdılır - İLGİNC İDDİA

"Sanki qidalarımız bir ölməzlik statusu alıb. Bu nüans isə səhhətimiz üçün çox böyük təhlükə doğurur" - Eyyub Hüseynov
Sputnik

BAKI, 11 iyul — Sputnik. "Vaxtı keçmiş qida məhsullarının son taleyi bizi çox narahat edir. Marketlər belə məhsulları bir küncə yığaraq sonradan distrübüter firmalara geri qaytarırlar. Təəssüflər olsun ki, biz yalnız bura qədər olan prosesi bilirik. Lakin bundan sonra həmin məhsulların taleyi necə olur, onu bilmirik".

Vaxtı keçmiş məhsullar yenidən marketlərə axıdılır - İLGİNC İDDİA

Bu haqda Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-da qida zəhərlənməsi ilə bağlı təşkil olunan mətbuat konfrasında deyib.

E.Hüseynov təklif olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu məsələnin də nəzarətə götürülməsinin vacibliyindən danışıb: "Həqiqətən də bu gün marketlərdə çox acınacaqlı hal yaranıb. Sanki qidalarımız bir ölməzlik statusu alıb. Bu nüans isə səhhətimiz üçün çox böyük təhlükə doğurur".