Türkiyədə böyük əməliyyat, ölənlər var

Əməliyyat zamanı 5 terrorçu silahları ilə birgə məhv edilib
Sputnik

BAKI, 11 iyul — Sputnik. Türkiyənin Tunceli Ovacık rayonunda terrorçulara qarşı əməliyyat keçirilib.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

Hərbi Hava Qüvvələrinin də dəstək verdiyi əməliyyat zamanı 5 terrorçu silahları ilə birgə məhv edilib.

Nazirlik, həmçinin bildirib ki, bölgədə əməliyyat davam edir və onun nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.