Putin Zelenski ilə ilk dəfə danışdı

Prezidentlər Donbassda vəziyyəti, eləcə də "hər iki tərəfin saxladığı şəxslərin qaytarılmasını" müzakirə ediblər
Sputnik

BAKI, 11 iyul — Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə Ukraynalı həmkarı Vladimir Zelenski arasında ilk dialoq baş tutub.

Putin Gürcüstan əleyhinə sanksiyalardan danışdı: Bunu etməzdim

Sputnik Azərbaycan Rusiya KİV-ə istinadən bildirir ki, Putinin mətbuat katibi Dmitri Peskov danışığın Kiyevin təşəbbüsü ilə baş tutduğunu deyib.

Peskovun sözlərinə görə, prezidentlər Donbassda vəziyyəti, eləcə də "hər iki tərəfin saxladığı şəxslərin qaytarılmasını" müzakirə ediblər.

Putinlə Zelenski həmçinin Normand formatında danışıqlar mövzusuna da toxunublar.