BAKI, 11 iyul — Sputnik. Pakistanda sərnişin və yük qatarlarının toqquşması nəticəsində azı 13 nəfər ölüb, 67 nəfər xəsarət alıb.
Sputnik AzərbaycanRİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə ölkənin şimalında yerləşən Pəncab əyalətində baş verib.
Pakistanın Kvetta şəhərindən Lahora sərnişin daşıyan qatar Rəhimyar-Xar şəhərində dayanmış qatara çarpılıb. İlkin məlumata görə, sərnişin qatarı öz yolu ilə hərəkət etmirmiş.
Xəsarət alanların 11-i uşaqdır.
Ölənlərin sayının artacağı istisna deyil. Hadisənin səbəbi araşdırılır.