BAKI, 11 iyul — Sputnik. Bakıdan şəhərətrafı qəsəbələrə hərəkət edən elektrik qatarlarının qrafiki dəyişdirilir.
Bu barədə məlumatı Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildiriblər.
Dəyişikliklər iyulun 12-də, cümə günü qüvvəyə minir. Yeni qrafik Bakı-Sumqayıt-Bakı və Bakı-Sabunçu-Bakı istqamətlərində gerçəkləşəcək.
ADY-dən bildiriblər ki, qatarların hərəkət cədvəli istehsalat zərurəti səbəbindən dəyişdirilir.
Elektrik qatarlarının aktual hərəkət qrafiki ilə "Azərbaycan Dəmir Yolları"nın rəsmi saytında, "Sərnişinlər üçün" bölməsində tanış ola bilərsiniz.