BAKI, 11 iyul — Sputnik. Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Azərbaycandan Rusiyaya idxal edilən 32,3 ton pomidor, 53,4 ton gilas, 19,92 ton quru noxud və 13 ton çiyələyin idxalına qadağa qoyduğuna dair məumat yayıb. Maraqlıdır, bu məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə hər hansı məlumat daxil olubmu?
Agentlikdən Sputnik Azərbaycan-a bildirilib ki, fitosanitar tədbirlər üzrə 13 nömrəli Beynəlxalq Standartın tələbinə əsasən, uyğunsuzluq aşkar edildiyi təqdirdə idxalçı ölkə ixracatçı ölkəyə dərhal rəsmi bildiriş verir: "Sözügedən məsələ ilə bağlı agentliyə heç bir rəsmi məlumat daxil olmayıb. Ümumiyyətlə, idxal-ixrac proseslərində bu cür halların baş verməsi mümkündür, lakin beynəlxalq qaydalara uyğun olaraq, yükdə karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə yük zərərsizləşdirilərək yenidən müxtəlif istiqamətlərdə ixracı həyata keçirilə bilər".