İQTİSADİYYAT

İlham Əliyev 2018-ci il büdcəsi barədə qərar verdi

2018-ci il dövlət büdcəsinin icrası gəlirlər 22 508 869,7 min manat, xərclər 22 731 644,5 min manat məbləğində olmaqla təsdiq edilib
Sputnik

BAKI, 10 iyul — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, qanunda Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası gəlirlər 22 508 869,7 min manat, xərclər 22 731 644,5 min manat məbləğində olmaqla təsdiq edilib.

Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin gəlirlər və xərclər üzrə göstəricilərlə bu keçidə basmaqla tanış olmaq olar.