CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dördqat Avropa çempionu olan azərbaycanlı intihar edib

Bakıda akrobatika üzrə dördqat Avropa çempionu intihar edib
Sputnik

BAKI, 10 iyul - Sputnik. Avropa çempionu olan idmançımız intihar edib.

APA-nın məlumatına görə, hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsində baş verib.

2001-ci il təvəllüdlü Məmmədzadə Aynur Əfqan qızı yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. A.Məmmədzadə xəstəxanada dünyasını dəyişib.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır. 

Qeyd edək ki, A.Məmmədzadə akrobatika üzrə dörtqat Avropa çempionudur.