BAKI, 10 iyul - Sputnik. ABŞ-da ayı avtomobili “oğurlayaraq” nəqliyyat vasitəsini qəzaya uğradıb.
“Report” xəbər verir ki, hadisə Boulder şəhərində baş verib.
Boulder şəhər polisinin mətbuat xidmətinin yaydığı məlumata görə, heyvan qapısı açıq qalmış avtomobilə girib və nəqliyyat vasitəsinin qapısı gözlənilmədən bağlanıb. Ayı avtomobildın çıxmağa cəhd edən zaman sürət qutusunu neytral vəziyyətə ötürüb. Nəticədə avtomobil təpənin yamacına düşüb və ağaca çırpılıb. Nəqliyyat vasitəsinin ağacla toqquşmasından sonra yırtıcı salondan çıxa bilib.
Qeyd edilir ki, avtomobil yol-nəqliyyat hadisəsi nəticəsində güclü zərər çəkib, ayı isə gizlənib.
Boulder şəhər polisinin mətbuat xidməti yerli sakinləri nəqliyyat vasitələrini tərk edərkən qapıları açıq qoymamağa çağırıb.