Yerevan işıqsız qaldı, əhali təxliyə olunur

"Ermənistan Elektrik Şəbəkələri" məsələni şərh etmir.
Sputnik

BAKI, 10 iyul — Sputnik. Yerevan və Ermənistanın müxtəlif vilayətlərində elektrik enerjisinin verilişində fasilə yaranıb.

"İstilər keçəndən sonra" – Sarqsyan Qarabağla bağlı ermənilərə nə vəd etdi
Sputnik Ermənistan xəbər verir ki, Yerevan metropolitenində hərəkət dayanıb.

Hazırda metroda qalan sərnişinlər evakuasiya olunurlar.

Ermənistanda rabitə və internetin işində fasilələr müşahidə olunur.

"Ermənistan Elektrik Şəbəkələri" məsələni şərh etmir.

Ermənistan sosial şəbəkələrində yayılan məlumatlarda qazın verilişində də problemlərin olduğu bildirilir.