HADİSƏ

Daha bir ağır qəza: “Jiquli” arakəsməyə çırpılıb, qarşı tərəfə düşdü

Hadisə yerinə çağırılan təcili yardım avtomobili sürücünü dərhal xəstəxanaya aparıb
Sputnik

BAKI, 9 iyul — Sputnik. Xızıda ağır avtomobil qəzası baş verib.

Sputnik Azərbaycan-ın hadisə yerində olan müxbiri xəbər verir ki,  səhər saatlarında “VAZ-2106” markalı avtomobil yolun dəmir arakəsmələrinə çırpılaraq qarşı yola düşüb. Hadisəyə yüksək sürət səbəb olub.

Daha bir ağır qəza: “Jiquli” arakəsməyə çırpılıb, qarşı tərəfə düşdü

Sürücünün vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə çağırılan təcili yardım avtomobili sürücünü dərhal xəstəxanaya aparıb.

Olayın təfərrüatı araşdırılır.